Bəs sonra

Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:
Ardı →

Ata oğul

Ata –oğul sahillə gəzirdilər. Balaca oğlanın gözü sahildəki çınqıl daşlarına sataşdı…
— Ata, bu yerdəki daşlar nədi? 
— Çınqıl daşarıdı, oğlum.
— Ata, bəs bunlar?- Oğlan yaxınlıqdakı daşları göstərdi. 
— Onlar da çınqıl daşarıdı, oğlum. 
— Bəs bunlar? 
— Onlar da… 
— Gör nə qədər çınqıl daşları var bu sahildə?
— Elədir, oğlum…
— Ata, bəs dünyada bundan daha da çox şey var?
— Var, oğlum… 
-Nədir o, ata? 
— Atanın günahları, oğlum… 
— Sənin günahlarından da çox şey varmı? — Var, oğlum… 
— Nədir, ata? 
— Allahın rəhmi, oğlum…

Ardı →

Tərbiyə yaradılışa bağlıdır.

Hökümdarlardan biri vəzirinə, oğulunun müəllimi ilə əlaqədar şikayətlənirdi:
— Mən oğulum elm öyrənsin istəyirəm… Mənim yerimə yaxşı bir hökmdar olsun… Amma o davamlı musiqilə, sazla, sözlə məşğul olur… Zənnimcə müəllimi onu, əslinə yaraşar şəkildə yetişməsi istiqamətində yönləndirə bilmir.
Vəzir:
Ardı →

O biri dünya haqqında hekayə

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul, şan-şöhrət, əhli-keyf! Hər gün-bu günün ibadətini sabaha saxlayan özündən razı qız! «Onsuz hələm ömrümə var» deyərək öz işində idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza! Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə gedir!
Anası: Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin vardı? Axı səni nə vadar etdi bu yüksək sürətlə sürmək?
Bacısı :Canım bacım sən sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri,dön!
Ardı →

Kimi Allahı məmnun edir, kim də şeytanı güldürür

Bir gənc uzaq bir məmləkətə səfər edir. O, səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.
Qarşısına çıxan ilk qəribə mənzərə belə olur: Bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib qalxır, o andaca məhsul verir, amma əkinçilər məhsulu toplamaq əvəzinə tarlanı yandırırlar.
İkinci qəribə mənzərə belə idi: Bir adam böyük bir daşı yerdən qaldırmağa çalışır, amma bacarmır. O böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilir. Üçüncü daşı qoyanda daha asan qaldırır. Gənc nə qədər baxsa da, bir şey anlaya bilmir və yoluna davam edir.
Yolda rast gəldiyi üçüncü qəribə mənzərə də belə olur: Bir adam qoyunun belinə minib, bir neçə adam da onun çiyninə dırmaşıb. Qoyun sürətlə qaçır, bir neçə adam da onların dalınca nə qədər yüyürsələr də, çata bilmirlər.


Ardı →